Xamenidən Trampı hədələdi: gəmilərinizi dənizə batıra bilərik!

Baş səhifə

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə sərt reaksiya verib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Xamenei bu reaksiyanı Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla görüşdə göstərib.

Xamenei həmin görüşdə İran xalqına müraciət edib.

ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə cavab olaraq Ayətullah Xamenei deyib: “ABŞ Prezidenti daim ordusunu “dünyanın ən güclü ordusu” kimi təsvir edir, lakin hətta bu güc belə gözlənilməz məğlubiyyətlərlə üzləşə bilər. O, İrana gəmilər göndərməklə öyünür. Gəmi təhlükəli bir vasitədir, amma gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra bilən silahdır”.

Xamenei daha sonra əlavə edib: “Son çıxışlarından birində ABŞ Prezidenti etiraf etdi ki, ölkəsi İslam Respublikasını 47 ildir məhv edə bilməyib. Bu, yaxşı bir etirafdır. Demək istədiyim odur ki, siz də bunu edə bilməzsiniz”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir