
Bakı. Trend:
Milli Məclisin yaz sessiyasının növbəti iclası fevralın 20-də
keçiriləcək.
Trend xəbər
verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı
Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi.
2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar
və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
3. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
4. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti
haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında
Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına
çatmayanların baxımsızlığının və hüquq pozuntularının
profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”,
“Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
6. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
7. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
8. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
10. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci
oxunuş).

