
Bakı.Trend:
Azərbaycanın poçt sektoru 2025-ci ildə 2024-cü ilə nisbətən 32%
böyüyüb.
Trend xəbər
verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, bu inkişafın əsas səbəbi kimi elektron alışverişə
marağın artmasını göstərmək olar.
Effektiv tənzimləmənin əldə olunması üçün bazar payının
ölçülməsinin əhəmiyyətini nəzərə alaraq, poçt rabitəsi xidmətləri
üzrə Dövlət Gömrük Komitəsindən, Dövlət Vergi Xidmətindən və Dövlət
Statistika Komitəsindən poçt rabitəsi operatorlarının il ərzində
daşıdıqları poçt göndərişləri barədə məlumatlar toplanıb və təhlil
edilib.

