Bu proqram Azərbaycanda operator və provayderlərin nəticələrini yanlış ölçüb

Baş səhifə

Bakı.Trend:

Aparılmış monitorinqlər və analitik təhlillər nəticəsində
sürətölçmə sistemlərinin istifadəsi və texniki sazlanması ilə bağlı
bir sıra uyğunsuzluqlar müəyyən edilib.

Trend xəbər
verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyi (İKTA) məlumat yayıb.




Bildirilib ki, operator və provayderlərin bir hissəsində
“Speedtest” sponsor serverlərinin fəaliyyətinə nəzarət mexanizmləri
yetərli səviyyədə formalaşmayıb.

Bu vəziyyət ölçmə nəticələrinin 10–20 faizədək təhrif olunmasına
və ölkənin beynəlxalq internet sürəti reytinqlərində mövqeyinə
mənfi təsir göstərməsinə səbəb olub. Eyni zamanda operatorlar
arasında “Local Exchange” arabağlantıların texniki imkanlarının
məhdudluğu internet xidmətlərinin faktiki keyfiyyətinə təsir edən
əsas risk faktorlarından biri kimi qiymətləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir