Ermənistan TŞ katibi Qazaxıstan səfiri ilə TRIPP perspektivlərini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

İrəvanda Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryan Qazaxıstan Respublikasının fövqəladə və
səlahiyyətli səfiri Bolat İmanbayevlə “Beynəlxalq Sülh və Rifah
Naminə Tramp Marşrutunu” (TRIPP) müzakirə ediblər.

Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik
Şurasının mətbuat xidməti məlumat yayıb.




Aparılan müzakirələrdə Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşması prosesi, regional nəqliyyat marşrutlarının açılması,
habelə TRIPP təşəbbüsünün gerçəkləşməsinin yaradacağı iqtisadi
perspektivlər kimi mövzulara toxunulub.

Həmsöhbətlər Ermənistan–Qazaxıstan ikitərəfli münasibətlərinin
gündəliyində duran məsələləri müzakirə edərək əməkdaşlığın
genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkan və
istiqamətləri müəyyənləşdiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir