
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 2025-ci il ərzində amnistiya
aktının icrası çərçivəsində müvafiq dövlət qurumları tərəfindən
kompleks və əlaqələndirilmiş tədbirlər həyata keçirilib.
Trend-in
məlumatına görə, muxtar respublikada təhqiqat və istintaq
orqanları, məhkəmələr, icra məmurları, hərbi hissə komandanlıqları
və cəzaçəkmə müəssisələri tərəfindən ümumilikdə 254
nəfərə amnistiya tətbiq edilib.
Amnistiya qərarına əsasən, 2025-ci il ərzində Naxçıvan Muxtar
Respublikasında cəzaçəkmə müəssisələri tərəfindən 60
məhkum, icra məmurları tərəfindən 118
məhkum cəzadan azad edilib.
Həmçinin, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən
11 nəfər barəsində cinayət işi üzrə icraata xitam
verilib, 23 hərbi qulluqçu hərbi xidmət üzrə
məhdudlaaşdırma cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Habelə, məhkəmələr tərəfindən 37 məhkum cəzadan
və cəzasının çəkilməmiş hissəsindən azad edilib, 5
məhkumun isə cəzası 6 ay azaldılıb.

