
Ağdam. Trend:
Ağdamda tələbə qız dərmandan zəhərlənib.
Trend-in yerli
müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə
alınıb.
Belə ki, Biləsuvar sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayşən
Qorxmaz qızı qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
A.Əliyeva Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb vəziyyəti
orta ağır olduğu bildirilir.
Qeyd edək ki, A.Əliyeva Ağdam Dövlət Sosial-iqtisadi kollecinin
tələbəsidir.
Faktla bağlı araşdırma başlanıb.

