
Bakı.Trend:
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində
şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz
Süleymanov və Fərid Əliyev saxlanılıblar.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onlardan 4 kiloqram narkotik vasitə marixuana və
tiryək aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri
H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə
etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər
üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

