Azərbaycanda elektron satınalmaların məbləği 11%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci il ərzində 9965 elektron satınalmanın məbləği 4,9
milyard manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər
verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
elektron satınalmaların sayı 1,8%, məbləği isə 11,4% artıb.




Bildirilib ki, açılışı baş tutmuş müsabiqələr üzrə 2025-ci ildə
orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu
metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib.

Qeyd edilib ki, dövlət satınalmalarında orta iştirakçı sayında
2024-cü il ilə müqayisədə 2025-ci ildə 2,9% artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir