Salyanda bu ailələrə 12 mənzil veriləcək

Baş səhifə

Salyanda şəhid ailələri və əlilliyi olan şəxslər üçün növbəti mənzil satınalması həyata keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyi Salyan rayonunda həssas qrupların mənzil təminatını genişləndirməyə davam edir.

Agentlik tərəfindən elan olunmuş tender çərçivəsində şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün daha 12 mənzilin satın alınması planlaşdırılır.

Layihənin ehtimal olunan qiyməti 1.188.000,00 AZN təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir