
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı vasitələri
ilə 192,012 milyon ABŞ dolları dəyərində 12,643 min ton yük
daşınıb.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 645,1 milyon ABŞ dolları və ya 4,4 dəfə
az, həcm ifadəsində isə 11,6 min ton və ya 12,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 53,092 milyon
ABŞ dolları dəyərində təqribən 11,7 min ton yük ixrac olunub ki bu,
əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 22,9 milyon ABŞ dolları və ya 75,9%, həcm ifadəsində isə
11,6 min ton və ya 153,9 ton çoxdur.
Bu ilin yanvar ayında Azərbaycana hava nəqliyyatı ilə 138,9
milyon ABŞ dolları dəyərində 945 ton yük idxal olunub ki, bu
göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 668 milyon ABŞ dolları və ya 5,8 dəfə az, həcm
ifadəsində isə 13 ton və ya 1,4% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yük
nəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dolları
dəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımından
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları
və ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8%
azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yük
ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6
milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min ton
və ya 16,3% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələri
üzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində
762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları və
ya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

