İordan vadisində partlayış: Bir uşaq ölüb

Baş səhifə

İordan vadisində partlamamış hərbi sursatın partlaması nəticəsində bir fələstinli uşaq həlak olub, iki uşaq yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə uşaqların partlayıcı maddələrlə oynadığı zaman baş verib.

Məlumata görə, ərazi atəş zonası hesab olunur və yüksək təhlükə səbəbindən giriş qadağandır. Hadisə yerinə  hərbçilər və tibbi yardım briqadaları gəlib. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir