
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda ümumilikdə 30.823 müraciət
üzrə 48.681 “Asan İmza” sertifikatı verilib.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Eyni zamanda bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində
vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 62.331 müraciət
qəbul edilib. Həmin müraciətlər üzrə 106.239 sayda xidmət
göstərilib.
Xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli
müraciətlər aşağıdakılar olub və ümumi xidmətlərin sayında xüsusi
çəkisi 59,7% təşkil edib.
Qeyd edilib ki, yanvar ayı ərzində vergi ödəyicilərinin 2,9 minə
yaxın yazılı müraciəti cavablandırılıb, onlara 6,4 milyondan çox
məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin
dövr ərzində 691 vergi ödəyicisinin iştirakı ilə 40 görüş
keçirilib, 494 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi
ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların
mobil nömrələrinə 243 mindən artıq SMS göndərilib.

