Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

17 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan
Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti raundu keçirilib.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
məlumat yayıb.

Azərbaycan Respublikası tərəfindən siyasi məsləhətləşmələrə
xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstan tərəfindən
isə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik
edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında
mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək
səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında
əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün
əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və
siyasi dialoqun dinamikası müsbət qiymətləndirilib, beynəlxalq
təşkilatlar çərçivəsində və çoxtərəfli formatlarda əməkdaşlığın
davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit,
humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və
gələcək perspektivləri müzakirə olunub.

Baş nazirlərin rəhbərlik etdiyi Azərbaycan Respublikası ilə
Gürcüstan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə
Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin inkişafında
mühüm rol oynadığı vurğulanıb.

Gürcüstan tərəfinə post-münaqişə dövründə bölgədə yaranmış yeni
reallıqlar, Azərbaycanın sülh gündəliyi və işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri
barədə ətraflı məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir