
Bakı. Trend:
ABŞ, həm Amerika, həm də Fransa şirkətlərinin iştirakı ilə
uranın zənginləşdirilməsini bərpa etməyi planlaşdırır.
Trend xəbər verir
ki, bunu ABŞ-nin energetika naziri Kristofer Rayt bildirib.
O qeyd edib: “Biz ABŞ-da qismən Amerika şirkətləri ilə, qismən
də Fransadakı tərəfdaşlarımızla uranın zənginləşdirilməsini bərpa
edəcəyik”.
Qeyd olunur ki, zənginləşdirilmiş uran istehsalının bərpası
planları 2024-cü ilin fevral ayında sabiq prezident Co Baydenin
rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən elan
edilmişdi.

