Xabi Alonso “Marsel”ə baş məşqçi olmaqdan imtina etdi

Baş səhifə

Bakı. Trend:

İspaniyalı mütəxəssis Xabi Alonso Fransanın Marsel klubunu
çalışdırmaq təklifini rədd edib.

Trend xəbər verir
ki, “Marsel” klubdan ayrılan Roberto De Dzerbinin istefasından
sonra Alonso ilə əlaqə saxlayıb.

Lakin mütəxəssis təklifi qəbul etməyib. Klubdakı qeyri-sabit
vəziyyət onun qərarına təsir göstərib.




Hazırda “Marsel” Fransa çempionatının Liqa 1 turnir cədvəlində
22 oyundan sonra topladığı 40 xalla dördüncü pillədə
qərarlaşıb.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl Real Sosyedad B və
Bayer klublarını da çalışdırıb. O, “Bayer”lə Almaniya
çempionluğunu, Almaniya Kubokunu və Superkubokunu qazanıb. Alonso
təyinatından altı ay sonra, yanvarın 12-də Real Madridin baş
məşqçisi vəzifəsindən ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir