Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

Baş səhifə

Bakı. Trend:

Bu gündən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu
başlayır.

Trend xəbər verir
ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək
istəyən bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun birinci
mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin
5-də, 12-də və 26-da, tam (11 illik) orta təhsil səviyyəsi üzrə isə
iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək.

Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla buradan
tanış ola bilərsiniz.




Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayon
üzrə müəyyən edilmiş tarixdə imtahan verəcəklər. Sumqayıt və
Abşeron ərazisində yerləşən peşə liseylərinin məzunları isə martın
9-da imtahana qatılacaqlar.

Aprelin 19-da əvvəlki illərin məzunları üçün 11 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Mayın 17-də isə əvvəlki illərin məzunları üçün 9 illik təhsil
bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir