
Bakı.Trend:
Fevralın 18-də Masallı Elektrik Şəbəkəsi (EŞ) ərazisində
110/35/10 kV-luq “Masallı” yarımstansiyasından çıxan 10 kV-luq 1 və
3 saylı hava xətlərində təmir işləri aparılacaq.
Trend xəbər verir
ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq, saat 12:00-dan 14:00-dək
şəhərin Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov
küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

