
Bakı.Trend:
Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq
konfrans keçiriləcək.
Trend xəbər
verir ki, beynəlxalq konfrans Təşəbbüs Qrupunun təşkilatçılığı ilə
baş tutacaq.
Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi
ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər,
müstəmləkəçiliyə həsr edilənVirtual Muzeyin yaradılmasında iştirak
etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən
müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm
sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edəcəklər.
Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə
müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial
təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən
qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik
hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin
sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün
məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında
müzakirələr aparılacaq. Eyni zamanda, fərdi həyat hekayələrinin
sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq
platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında
yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji
nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi
məsələləri gündəmə gətiriləcək. Müzakirələrdə həmçinin rəqəmsal və
elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual
sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən
beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları
üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində
olacaq.
Qeyd edək ki, konfrans tarixi baxımdan əhəmiyyətlidir. Belə ki,
ilk dəfə antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən
təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup
müsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyat
hekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixoloji
təsirləri sistemli şəkildə qeydə alıblar.

