Mərkəzi Asiya öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub – Azamat Sulimanov

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Asiyaya nəzər salanda aydın olur ki, region bu gün
inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Trend xəbər verir
ki, bunu Özbəkistan Respublikası Prezidenti yanında Strateji və
Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Azamat
Sulimanov Bakıda keçirilən C6: Vahid region, ortaq gələcək
-Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq
konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində Mərkəzi Asiya dialoq
mərhələsindən real tərəfdaşlığa keçib:

“Ərazi məsələləri tənzimlənib, sərhədlər açılıb, enerji,
nəqliyyat və ticarət sahələrində əməkdaşlıq qurulub. Bu prosesdə
Mərkəzi Asiya dövlət başçılarının məşvərət tipli görüşləri mühüm
rol oynayıb və regional əməkdaşlıq arxitekturasının vacib dayağına
çevrilib”.

A.Sulimanov vurğulayıb ki, bu görüşlər ölkə liderləri arasında
birbaşa və sistemli dialoq aləti kimi öz effektivliyini sübut
edib.

“Hesab edirəm ki, Azərbaycanın bu formata qoşulması regional
məkanın keyfiyyətcə yenidən düşünülməsindən danışmağa imkan verir.
Bu məkanda Xəzər artıq sərhəd deyil, birləşdirici elementə
çevrilir. Bu isə öz növbəsində nəqliyyat dəhlizlərinin, enerji
marşrutlarının və iqtisadi maraqların uzlaşdırılmasını
şərtləndirir”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, bu, həmçinin Mərkəzi Asiya ilə Cənubi
Qafqaz arasında regionlararası qarşılıqlı əlaqəliliyin güclənməsinə
və regionun beynəlxalq subyektliyinin möhkəmlənməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir