Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması tarixi əlaqələrin bərpasıdır, konyunktura deyil – Kuşkumbayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Asiya formatının fəaliyyətinə qoşulması
konyunktura xarakterli qərar deyil, əvvəllər mövcud olmuş tarixi
əlaqələrin bərpasıdır.

Trend xəbər verir
ki, bunu Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan
Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat
Kuşkumbayev Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək –
strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda
çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, söhbət əvvəllər mövcud olmuş situasiyanın
yenidən bərqərar olmasından gedir.

“Bu, formatın genişləndirilməsi ilə bağlı hansısa konyunktura,
institusional və ya digər qərar deyil”, – deyə ekspert qeyd
edib.

O, Azərbaycanın Mərkəzi Asiya üzrə əvvəlki sammitlərdə də
iştirak etdiyini xatırladıb və tarixi varisliyi vurğulayıb:

“Hələ 1991-ci ildə Respublikalarası Məşvərət Şurası təsis
olunmuşdu. Məşvərət Şurasının fəaliyyətində regionun bütün
ölkələri, o cümlədən Azərbaycan iştirak edirdi. … İştirakın
məqsədlərinə gəlincə, onlar dəyişməz qalır: iqtisadi əlaqələrin
bərpası, əhalinin rifahının yaxşılaşdırılması, keçmiş Sovet
İttifaqı respublikaları arasında təsərrüfat əlaqələrinin
harmonizasiyası”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir