Özbəkistanın ən yüksək etimad göstərdiyi ilk Cənubi Qafqaz ölkəsi Azərbaycandır – Javlon Vahabov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Özbəkistanın Cənubi Qafqazda ən yüksək etimad
səviyyəsində münasibətlər qurduğu ilk ölkə olub və ikitərəfli
dialoqun statusunu müttəfiqlik münasibətləri səviyyəsinə
yüksəldib.

Trend xəbər verir
ki, bu barədə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru
Javlon Vahabov Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək –
strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda
çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri
arasında əməkdaşlığın inkişafı geniş gündəliyin demək olar ki,
bütün istiqamətləri üzrə keyfiyyətcə yeni mərhələyə keçidi ifadə
edir.

“Ötən ilin noyabrından etibarən biz artıq C5 deyil, C6-yıq. Bu,
sadəcə rəqəmlər olmağın ötəsindədir: Mərkəzi Asiya ölkələri
Azərbaycanla birlikdə yeni institusional Mərkəzi Asiyanın nüvəsini
formalaşdırır. Azərbaycanın regional formata qoşulması ilk növbədə
Mərkəzi Asiya dövlətləri ilə möhkəm ikitərəfli əməkdaşlıq
təməlində, həmçinin son illər ərzində formalaşmış çoxtərəfli
strukturlar əsasında həyata keçirilir”, – deyə o qeyd edib.

J. Vahabov vurğulayıb ki, intensiv dialoq dövründə son üç il
ərzində Azərbaycan üzərindən keçən Orta Dəhliz üzrə yükdaşımalar 90
faiz artıb.

“Bu, 2017-ci ilə qədər müşahidə olunmayan əlamətdar
göstəricidir. Özbəkistan–Azərbaycan münasibətlərinə gəldikdə, ötən
il Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər
edib, bundan əvvəl isə, 2024-cü ildə ölkələr müttəfiqlik
münasibətləri haqqında müqavilə imzalayıblar. İkitərəfli ticarət də
bu əlaqələrin möhkəmləndiyini nümayiş etdirir”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir