Orfoepiya lüğəti il sonunadək hazırlanacaq

Baş səhifə

Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanması planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.

Akademik Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşdirilməsi istiqamətində addımların atılmasını vacib sayıb:

“Daxili imkanlardan biri də söz yaradıcılığıdır. Söz yaradıcılığı nə qədər inkişaf edərsə, dil də o qədər zənginləşər. Yazarlar və dilçilərin bu istiqamətdə iş görməsi yaxşı olardı”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir