“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri arasındadırlar

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA Çempionlar
Liqasında mübarizəni davam etdirən komandaların futbolçularının
oyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 20 futbolçunun daxil olduğu
siyahıda “Qarabağ”ın oyunçuları da yer alıblar.




Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinaya
məxsusdur. O, 33,5 kilometr/saatla 12-ci olub.

Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92
kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87
kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran
(33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir