
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Türkiyəyə 594,193 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 36,045 milyon ABŞ
dolları olub.
Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə
müqayisədə həcm ifadəsində 174 milyon kVt/saat və ya 41,4%, dəyər
ifadəsi ilə isə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə
– Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları
dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac
edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və
İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat
elektrik enerjisi idxal edib.

