
Bakı. Trend:
Masallı Sənaye Məhəlləsinin yeni rezidenti tərəfindən plastik
taraların istehsalı layihəsi həyata keçiriləcək.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinə istinadən xəbər verir.
Belə ki, “Azmer Group” MMC-yə İqtisadiyyat Nazirliyinin
tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində
olan Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
Məlumata görə, investisiya dəyəri 1,3 milyon manat təşkil edən
layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar
istehsal ediləcək.
Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində hazırda 10
sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 400-ə yaxın
daimi iş yeri yaradılıb.

