
Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhla
Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində
İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə
təqdim edilib.
Trend xəbər
verir ki, bu barədə EATDA məlumat yayıb.
Bildirilir ki, Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat
Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və
doktorantura təhsili alıb, “Memarlıq” üzrə fəlsəfə doktoru elmi
dərəcəsinə sahibdir.
O, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat
Universitetində müəllim, assistent, dosent, həmçinin Türkiyənin
Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət
göstərib.
Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər
Universitetinin Memarlıq və dizayn departamentinin müdiri
vəzifəsində çalışıb.

