
Bakı. Trend:
KOBİA KOB evlərində daha çox “G2B” xidmətlər göstərən qurumların
adlarını açıqlayıb.
2025-ci ildə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları
həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt
göndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitar
sertifikatın alınması üçün müraciət ediblər. Ötən il KOB evlərində
sahibkarlara daha çox “G2B” xidmət göstərmiş qurumlar
aşağıdakılardır:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 257 699 (47,5%)
- “Azərpoçt” MMC – 96 902 (17,8%)
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 62
051 (11,4%) - Dövlət Gömrük Komitəsi – 30 384 (5,6%)
- Qida Təhlükəsizliyi Agentliyi – 17 289 (3,2%)
Belə ki, KOB evlərində 2025-ci ildə biznes subyektlərinə
göstərilmiş 543 033 xidmətin 464 325-i (85,5%) adıçəkilən qurumlar
tərəfindən göstərilib.
Qeyd edək ki, KOB evləri sahibkarların dövlət (“G2B”) və biznes
(“B2B”) xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təmin
edən mərkəzlərdir. Sahibkarların “G2B” və “B2B” xidmətlərə KOB
evləri vasitəsilə çıxması onların vaxtına və resurslarına qənaət
etməsinə imkan verir. Hazırda Bakı, Yevlax, Xaçmaz və Şuşa
şəhərlərində olmaqla ölkə üzrə 4 KOB evi, eləcə də “Xaçmaz KOB
evi”nin Xudat şəhərində xidmət mərkəzi fəaliyyət göstərir. Bu KOB
evləri yalnız adıçəkilən şəhərlərdə deyil, ətraf rayon və
şəhərlərdə fəaliyyət göstərən sahibkarlara da xidmət edir. KOB
evlərində sahibkarlara “G2B” xidmətlər üzrə biznesin qeydiyyatı,
vergi və gömrük məsələləri, lisenziya, icazə, mənşə sertifikatı və
s. kimi sənədlərin alınması, “B2B” xidmətlər üzrə bank, sığorta və
digər növ xidmətlər təqdim olunur.
KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
strukturuna daxildir. Agentlik tərəfindən KOB evlərinin
funksionallığının və xidmət çeşidinin artırılması, coğrafi baxımdan
genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və proseslərin daha da
sadələşdirilməsi istiqamətində işlər davam etdirilir. Artıq bir
sıra ölkələr KOB evi təcrübəsi və onun ölkələrində tətbiqi ilə
yaxından maraqlanırlar. Bu istiqamətdə bir neçə ölkənin müvafiq
qurumu ilə əməkdaşlıq sənədləri də imzalanıb.

