Slovakiya baş naziri Zelenskini Ukraynaya elektrik təchizatını dayandırmaqla hədələyib

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Vladimir
Zelenskini ölkənin respublikaya elektrik enerjisi təchizatını
dayandıra biləcəyi ilə xəbərdar edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Fitso mətbuat konfransında
danışıb.

Onun sözlərinə görə, bu addım “Drujba” neft kəməri ilə Rusiya
neftinin tədarükünün dayandırılması ilə əlaqədardır.




Bu həftə Slovakiya və Macarıstan Ukraynanın “Drujba” vasitəsilə
Rusiya xammalının bu ölkələrə nəqlini bloklamasından sonra
Xorvatiyadan Rusiyadan neft tranzitinin təşkil edilməsini xahiş
ediblər. Kiyev Budapeşti Rusiya ordusunun kəmərə hücumlarını
gizlətməkdə ittiham edib.

“Əgər Zelenskiyə elə gəlirsə ki, bunun heç bir dəyəri yoxdur və
ona lazım deyil, biz qərar qəbul edib elektrik enerjisinin tədarükü
sahəsində əməkdaşlıqdan imtina edə bilərik”, – deyə Fitso
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir