Hamiləlikdə qrip və infeksiyalardan necə qorunmalı? – Səhiyyə Nazirliyi

Baş səhifə

Bakı. Trend:

Hamiləlik zamanı qadının immun sistemi aşağı olur. Sözsüz ki, bu
zaman hər bir virus və bakterial infeksiyaya qarşı həssaslıq
yaranır.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.

Onun sözlərinə görə virus infeksiyalar hamilə qadınlar üçün
təhlükəlidir:

“Bu zaman ciftin trombozu, mamalıq qanaxmaları, dölün
inkişafının dayanması və ya erkən doğuşlar ola bilər. Bir çox
hallarda isə virus infeksiya süstgedişli və simptomsuz olsa da,
döldə əsasən bətndaxili infeksiyalaşma və ona bağlı inkişaf
qüsurları, patoloji hallar yaranır. Hamilələr qripdən sonra bəzən
yanlış olaraq müalicə həkiminə yox, ultrasəs müayinəsinə gedərək
sularının bulanıq olacağından narahat olurlar. Lakin əsas bu
göstərici deyil. Əsas olan həkimin tövsiyəsi ilə Doppler USM-si ilə
qan dövranının yoxlanılması və müəyyən qan testlərindən
keçməsidir”.




Mütəxəssis-ekspert qeyd edib ki, mövsüm qrip xəstəlikləri kəskin
respirator ağırlaşmalar verə bilər (bronxit, pnevmoniya) və bu
proses artıq dölə də mənfi təsirlər göstərə bilər:

“Qeyd edim ki, Səhiyyə Nazirliyi tərəfindən əhali arasında
profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün qrip
əleyhinə Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək
keyfiyyətli vaksin preparatları gətirilib. Ona görə hər bir qadına
tövsiyəmiz odur ki, hamiləlik planlaşdırmadan öncə ölkəmizdə
hazırda mövcüd olan qrip əleyhinə peyvənddən yararlansınlar. Hamilə
qadınlara da bu tövsiyə olunur. Qonşu ölkələrdə (Rusiya,
Qazaxıstanda, Türkiyə) bu praktika aparılır.

Bundan əlavə, sidik yollarının infeksiyaları barəsində də qeyd
etmək istəyərdim. Hər ay hamilə qadın mütləq şəkildə bu analizə
fikir verməli, çünki simptomsuz bakteriya kimi bir patologiya var.
Onu yalnız həkim sidik əkilməsindən sonra aşkar edə bilər. Bu
patoloji haldır və dölə mənfi təsirlər göstərə bilər. Belə hallarda
həkim uroloqlar da müalicəyə qoşulur və hamiləlik müddətində daim
kontrol edilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir