
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 19,5 milyon ABŞ
dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 41,8 min ton xam
neft və neft məhsulları ixrac olunub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15, 3 milyon dollar və
ya 4,6 dəfə, həcm baxımından isə 33,2 min ton və ya 4,9 dəfə
çoxdur.
Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 4,2
milyon ABŞ dolları dəyərində 8,6 min ton neft və neft məhsulları
ixrac olunmuşdu.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə
ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac
olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9%
azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6%
artıb.

