
Bakı.Trend:
Göyçay sakini çay evində pilləkənlərdən yıxılaraq həyatını
itirib.
Trend-in məlumatına görə, hadisə fevralın 16-sı
Göyçay şəhərində baş verib.
Belə ki, 36 yaşlı Cavid Əhmədov çay evlərinin birində
hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat
edib.
Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə
C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər
zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov
pilləkənlərdən yerə yıxılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov
saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

