ADSEA suyun qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib – RƏSMİ

Baş səhifə

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli
Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda
su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının
təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə
qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və
diferensiallaşdırılması nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan məlumat
verilib.

Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi
prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə
sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla
tariflərin diferensiallaşdırılması nəzərdə tutulur. Bu yanaşma su
təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin
qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına, maliyyə
resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif
siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə
edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara
uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real
istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında
formalaşdırılmasını təmin etməyə yönəlib.

Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında
diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və
tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib.




Tarif siyasətinin əsas məqsədinin yalnız qiymət tənzimlənməsi
deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və
dayanıqlı maliyyə modelinin qurulmasıdır.

Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın
sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə
alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə,
beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və
regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə
tutulur.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli
Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müvafiq dövlət qurumuna
müraciət ünvanlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir