Azərbaycanın strateji ehtiyatları manatla pul kütləsini 3,6 dəfə üstələyib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14
milyard ABŞ dolları və ya 19.8% artaraq 85.1 milyard ABŞ dollarına
çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci ildə
5.1% artıb və ilin sonuna 11.5 milyard ABŞ dolları olub.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




Bildirilib ki, 2025-ci ilin sonunda da ölkənin cəmi strateji
valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik
normalarını üstələməkdə davam edib. Belə ki, 2025-ci ilin dekabr
ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 38 aylıq mal və
xidmət idxalına kifayət edib.(2025-ci ilin 9 ayı üzrə mal və xidmət
idxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini
(M2) 3.6 dəfə üstələyib (01.01.2026 tarixinə olan M2 pul aqreqatı
nəzərə alınmaqla).

Qeyd edilib ki, bu göstəricilər ölkənin xarici və daxili
iqtisadi şoklara qarşı dayanıqlılığını və eləcə də, borc
risklərinin tam şəkildə idarəolunan səviyyədə olduğunu nümayiş
etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir