Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir – AMB

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə
təsiri zamanla daha da güclənir.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




“Belə ki, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin
parametrləri 0.5 faiz bəndi azaldılıb və AZIR indeksi bu
dəyişikliyə çevik reaksiya verib. AZIR indeksinin ortaçəkili
səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin
dekabr ayında 0,95 faiz bəndi azalıb.

Sözügedən azalma dövlət qiymətli kağızları bazarında da öz
əksini tapıb.Gəlirlilik əyrisinin bütün seqmentlərində 2024-cü ilin
dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin dekabr ayının
sonunda azalma müşahidə olunub. Belə ki, geri ödəmə müddəti 3 aylıq
istiqrazlar üzrə gəlirlilikdə 1.61 faiz bəndi, 1 illik istiqrazlar
üzrə 1.8 faiz bəndi, 4 illik istiqrazlar üzrə isə 2.84 faiz bəndi
azalma qeydə alınıb”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir