
Bakı. Trend:
Yaponiyanın imperatoru Naruhito baş nazir Sanaye Takaitinin
rəhbərliyi ilə formalaşdırılmış hökumətin tərkibini
təsdiqləyib.
Trend bu barədə
xarici KİV-ə istindən xəbər verir.
Nazirlər Kabinetinin tərkibinin imperator tərəfindən
təsdiqlənməsi Yaponiya Konstitusiyasına uyğun olaraq həyata
keçirilən icbari prosedurdur. Mərasim zamanı nazirlər növbə ilə
imperatordan monarxın imzası ilə təsdiqlənmiş xüsusi sənəd –
təyinat haqqında bildiriş alırlar.
Bu baş nazir Takaitinin sayca ikinci hökumətidir. O, ötən ilin
21 oktyabr tarixində hakimiyyətə gəlib. Bu gün növbədənkənar
seçkilərdən sonra parlamentin əsas aşağı palatasının ilk iclas
günündə hökumət texniki istefaya gedib. Bundan sonra Takaiti
gözlənildiyi kimi 105-ci baş nazir seçilib. Onun ikinci kabinetində
bütün nazirlər vəzifələrini qoruyub saxlayıblar.
Gün ərzində baş nazir əsas siyasi yanaşmaları açıqlayacağı
mətbuat konfransı keçirəcək. Bundan sonra yeni hökumət ilk iclasını
keçirəcək.

