Azərbaycan Rusiyadan təbii qaz idxalını azaldıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Rusiyadan Azərbaycana 3,930 milyon ABŞ dolları
dəyərində 21,242 milyon kubmetr təbii qaz ixrac olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü illə müqayisədə Rusiyadan Azərbaycana təbii qaz
ixracının dəyəri 22,3 milyon ABŞ dolları və ya 6,7 dəfə, həcmi isə
120,4 milyon kubmetr və yaxud 6,7 dəfə azalıb.




Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan xaricə ümumilikdə 8,821
milyard ABŞ dolları dəyərində 25,187 milyard kubmetr təbii qaz
ixrac edilib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından
isə 584,9 milyon kubmetr və ya 2,3% azdır.

Eyni zamanda 2025-ci ildə Azərbaycana 44,325 milyon ABŞ dolları
dəyərində 319,326 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir
il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,7 milyon
ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 227,5 milyon kubmetr
və yaxud 1,7 dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir