
Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Portuqaliyanın
“Benfika” və İspaniyanın “Real” klubları arasında Çempionlar
Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off raundunun
ilk oyununda intizam reqlamentinin mümkün pozuntusunun
araşdırılması üçün etika və intizam üzrə inspektor təyin edib.
Trend xəbər verir
ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, inspektor oyun zamanı baş vermiş ayrı-seçkilik
xarakterli davranışları araşdıracaq.
Görüş Lissabonda keçirilib və “Real”ın 1:0 hesablı qələbəsi ilə
başa çatıb. Matçın yeganə qolunun müəllifi olan hücumçu Vinisius
qol vurduqdan sonra “Benfika” azarkeşlərinə tərəf qaçaraq onlara
qarşı təxribat xarakterli jestlər edib.
Bundan sonra Vinisius oyunun baş hakiminə ünvanına səsləndirilən
irqçi təhqirlərlə bağlı şikayət edib. İspaniya KİV-lərinin
məlumatına görə, Vinisiusu irqi zəmində təhqir edən şəxsin
“Benfika”nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianinin ola
biləcəyi bildirilir.
Görüş 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda Portuqaliya
klubunun azarkeşləri Vinisius və “Real”ın digər futbolçularına
müxtəlif əşyalar, o cümlədən butulkalar və elektron siqaretlər
atıblar.

