Azərbaycan Qazaxıstandan xam neft və neft məhsulları idxalını 4 dəfəyə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycana Qazaxıstandan 74,034 milyon ABŞ dolları
dəyərində 135 966 ton bitumlu süxurlardan alınmış xam neft və neft
məhsulları idxal olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 51,2 milyon dollar və ya 3,2 dəfə, həcm baxımından isə
101,4 min ton və ya 3,9 dəfə çoxdur.




Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 4 ölkədən –
Qazaxıstan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı, İraq – 772,9 milyon ABŞ dolları dəyərində 1,664 milyon
ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal
edilib. Əvvəlki illə müqayisədə sözügedən məhsulların ölkəyə idxalı
dəyər ifadəsində 247,2 milyon ABŞ dolları və ya 24,2%, həcm
baxımından isə 205,1 min ton və yaxud da 11% azalıb.

Əlavə edək ki, bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın
21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton
bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac
edilib. 2024-cü illə müqayisədə sözügedən məhsulların dəyəri 2,4
milyard ABŞ dolları və ya 16,2%, həcmi isə 214,8 min ton və ya 0,9%
azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir