Məhkumların alimentlərini ödəmələri ilə bağlı yeni təklif

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Ombudsmanı məhkumların
alimentlərini ödəmələri məqsədilə cəzaçəkmə müəssisələrində yeni
istehsal sahələrinin yaradılmasını təklif edib.

Trend-in
məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil məsələ ilə bağlı Ali
Məclis qarşısında təklif qaldırıb.

Ombudsman müvəqqəti saxlama yerləri, istintaq təcridxanası,
cəzaçəkmə müəssisələrində təmir-bərpa işlərinin genişləndirilməsi
və infrastrukturun müasirləşdirilməsini təklif edib.




Müvəkkil həmçinin məhkumların maddi ehtiyacları, habelə aliment
və başqa borclarının ödənilməsi və ictimai faydalı əməyə cəlb
olunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsal
sahələrinin yaradılmasını məqsədəuyğun hesab edib.

Ombudsman penitensiar müəssisələrdə məhkumlara mütəmadi olaraq
psixoloji yardımın göstərilməsi məqsədilə məhkumlarla işləmək
bacarığına malik peşəkar və ixtisaslaşmış psixoloqların cəlb
edilməsini, məhkumların sosial adaptasiyası və cəmiyyətə
inteqrasiyası üçün hazırlıq imkanlarının genişləndirilməsini vacib
sayır.

O həmçinin videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və
yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət
təsiri, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə
uzaqda yaşayanlar üçün) qənaəti nəzərə alaraq məhkumların
videogörüş keçirmək hüququnun təmin olunması üçün zəruri addımların
atılmasını gündəmə gətirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir