Slovakiya Macarıstandan sonra Ukraynaya dizel tədarükünü dayandırıb

Baş səhifə

Slovakiya Baş naziri Robert Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib.

APA-nın xəbər verir ki, bu barədə Slovakiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Buna “Drujba” kəməri ilə neft nəqlinin dayandırılması səbəb kimi göstərilib.

Eyni zamanda, Baş nazir təklif edib ki, ekspertlərdən ibarət qrup Ukraynanın Lvov bölgəsindəki “Drujba” kəmərinin zədələnmiş hissəsini yerində yoxlasın.

Fitso Ukraynanın indiyə qədər insidentlə bağlı heç bir məlumat vermədiyini və buna görə də səfirin Ukrayna tərəfinə vəziyyətin izahı üçün müraciət etdiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir