Polşalı deputat müsahibəyə mina aparıb

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamentinin müxalifətdən olan “Hüquq və Ədalət” (Polşa)
partiyasının deputatı Mixal Dvorçik “Wirtualna Polska” internet
portalına verdiyi müsahibəyə Ukrayna istehsalı olan təlim məqsədli
piyada əleyhinə mina aparıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Siyasətçinin sözlərinə görə, o, bunu fevralın 20-də Polşanın
piyada əleyhinə minaların istifadəsi, istehsalı və saxlanmasını
qadağan edən Ottava Konvensiyasından rəsmi şəkildə çıxacağını
xatırlatmaq üçün edib.




Polşa Ottava Konvensiyasından çıxmaq niyyətini 2025-ci ilin
martında Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə elan edib.
Həmin ilin iyulunda isə o Polşanın ovaxtki prezidenti Andjey Duda
parlamentin qəbul etdiyi ölkənin konvensiyadan çıxması haqqında
qanunu imzalayıb.

“Bu cümə günü Polşanın piyada əleyhinə minaların istifadəsini
qadağan edən Ottava Konvensiyasından çıxması qüvvəyə minəcək. Polşa
Baltikyanı dövlətlər və Finlandiya kimi bu sazişdən çıxıb”, – deyə
Dvorçik bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir