Qulaqlıq istifadəsi kişilərdə qadın hormonlarını artırır – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Məşhur brendlərdən olan “Bose”, “Panasonic”, “Samsung” və “Sennheiser” istehsalı olanlar da daxil olmaqla qulaqlıqlarda insan
sağlamlığı üçün təhlükəli kimyəvi maddələr aşkarlanıb.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Araşdırma nəticələri göstərir ki, bu maddələr arasında xərçəng,
neyroinkişaf problemləri, hormon pozuntularına səbəb ola bilən
bisfenollar, ftalatlar, bromlu və orqanofosfat alov
gecikdiriciləri, həmçinin xlorlu parafinlər var. Hormonal pozğunluq
yaradan kimyəvi maddələrin kişilərdə qadın hormonlarını artırdığını
da qeyd edirlər.




Çexiya, Slovakiya, Macarıstan, Sloveniya və Avstriyada aparılan
laboratoriya analizlərinə görə, test edilən hər 81 qulaqlıqdakı
BPA-nın 98%-də, BPS isə üçdə ikidən çoxunda aşkar edilib.
Ekspertlər bildirir ki, qulaqlıqların dərilə uzun müddətli təması
bu kimyəvi maddələrin orqanizmə keçməsini sürətləndirə bilər.

Mütəxəssislər bildirir ki, gündəlik istifadədə, xüsusən idman
zamanı tər və istilik bu maddələrin dərimizə miqrasiyasını artırır.
Qeyd olunur ki, qulaqlıqlar gündəlik və uzunmüddətli istifadə
olunan cihazlar olduğundan, istifadəçilərin sağlamlığı üçün
potensial risk daşıyır.

Araşdırma nəticələrindən sonra mövzu ilə bağlı “Bose”, “Panasonic”, “Samsung” və “Sennheiser” şirkətləri sorğulara cavab
verməyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir