Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum oldu

Baş səhifə

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.

Trend xəbər verir ki,
kişilərin yarışında Məhəmməd Muradlı cavab görüşündə Read Səmədovu
məğlub edərək finala vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı arasında ikinci oyunda
da heç-heçə qeydə alınıb. Tərəflər finala vəsiqənin sahibini
tay-brekdə müəyyənləşdirəcək.




Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva-Gülnar Məmmədova
arasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isə
Türkan Məmmədyarovanı məğlub edib.

Beləliklə, qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan
Allahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar
Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir