
Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşları bu gün Yerevanın Ajapnyak inzibati rayonunda baş verən hadisənin iştirakçılarını müəyyən ediblər.
Modern.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 18 fevral saat 15:00 radələrində Ajapnyak inzibati rayonundakı həyətdə baş verən dava-dalaş və silah səsləri barədə məlumat daxil olub.
Polis və İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə gəliblər.
Bıçaq və güllə yaraları alan şəxslərin tibb mərkəzlərinə aparıldığı məlum olub. Onlardan biri, 45 yaşlı A.V., xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq tədbirləri nəticəsində hadisədə iştirak edən bütün şəxslər müəyyən edilib. Onların şəxsiyyətinin müəyyən edilməsi üçün işlər görülür.
Tərtib edilmiş sənədlər ibtidai istintaq orqanına göndərilir.
17:13
Ermənistanın paytaxtı İrəvanda silahlı insident olduğu və 6 nəfərin yaralandığı deyilir.
Modern.az Ermənistanın kriminal saytı olan “Shamshyan.com”-a istinadən xəbər verir ki, atəş səsləri İrəvanın Açapnyak inzibati rayonunda eşidilib. Nəşr iddia edir ki, yaralananların sayı 9 nəfərə çata bilər.
Ermənistan Daxili İşlər Nazirliyindən “Sputnik Armenia”ya bildirilib ki, hazırda operativ-axtarış tədbirləri aparılır. Hadisənin detalları ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.

