Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edildi

Baş səhifə

Bakı. Trend:

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin
videogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının
üç vətəndaşı – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və
Alghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.

Trend xəbər verir ki, bu
barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qeyd edək ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri
videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar
aparılıb.




Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə
turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial
şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində
təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Onlar Səbail
Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum
ediliblər. Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib.
Onların həbs müddəti bu gün başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir