Tramp bu tarixdə Konqresdə çıxış edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp fevralın 24-də ABŞ Senatı və
Nümayəndələr Palatası qarşısında “Birliyin Vəziyyəti” ilə bağlı
müraciət edəcək.

Trend xəbər verir ki, bu
barədə Ağ Evin mətbuat xidməti “X” sosial şəbəkəsində açıqlama
yayıb.




Bildirilir ki, müraciətdə Vaşinqton administrasiyasının əsas
prioritetləri və il ərzində görülən işlərin yekunları ön plana
çəkiləcək.

Xatırladaq ki, ABŞ Konstitusiyasına əsasən, ölkə rəhbəri müəyyən
dövrlərdə Konqresə ölkədəki ümumi vəziyyət barədə hesabat təqdim
etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir