Böyük Britaniyada sərt şaxtalar nəticəsində 2500 nəfər həyatını itirdi

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada ötən qış müşahidə olunan şaxtalı hava şəraiti
nəticəsində 2500 nəfər ölüb.

Trend “The
Independent”ə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti
evlərini kifayət qədər isitmək imkanı olmayan yaşlı
insanlardır.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən
ilk dəfə olaraq dərc edilən məlumatda 2025-ci ilin yanvarında altı
gün davam edən kəskin şaxtalı havada ölüm hallarında ciddi artım
qeydə alınıb. Ən çox fakt 85 yaşdan yuxarı şəxslər arasında baş
verib.




Statistikaya əsasən, ölüm hallarından 864-ü insanların öz
evlərində qeydə alınıb. Ekspertlər bildiriblər ki, bu hadisələrə
evlərin zəif izolyasiyası, istilik sisteminin yetərli olmaması,
səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və soyuq hava riskləri
barədə məlumatlılığın azlığı kimi amillər təsir göstərə bilər.

Hazırda Böyük Britaniyada yenidən soyuq hava şəraiti hökm sürür.
Sinoptiklər yaxın günlərdə “Pedro” adlı fırtınanın qar, buzlanma və
güclü yağışlar gətirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Mütəxəssislər xüsusilə yaşlı və həssas qruplara aid şəxsləri
ehtiyatlı olmağa və istilik təminatına diqqət yetirməyə
çağırırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir