Suriya prezidenti Ramazan ayı münasibətilə əfv fərmanı imzalayıb

Baş səhifə

Suriya Prezidenti Əhməd əl-Şaraa müsəlmanların müqəddəs Ramazan ayının başlaması münasibətilə ümumi əfv fərmanı imzalayıb.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, əfv, bu fərmanın tarixindən əvvəl törədilmiş cinayətlərə şamil edilir. Ağır bədən xəsarəti yetirənlər istisna olmaqla, ömürlük azadlıqdan məhrum edilənlərin cəzası endirilərək 20 illik həbs cəzası ilə əvəz olunur.

Ağır xəstəlikləri olan və 70 yaşdan yuxarı məhkumlar cəzadan tamamilə azaddırlar.

Bundan əlavə, kiçik cinayətlərə görə məhkum edilənlərə tam əfv tətbiq olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir