PSJ-nin hücumçusu “Real Madrid”in maraq dairəsinə düşdü

Baş səhifə

Bakı. Trend:

PSJ-nin hücumçusu Dezire Due “Real Madrid”in maraq dairəsinə
düşüb.

Trend-in “El
Nacional”a istinadən məlumatına görə, “Real Madrid” oyunçunun
transferi üçün 100 milyon avro ödəməyə hazırdır.




“Real Madrid” Dueyə hazırda Paris klubunda aldığından daha çox
oyun müddəti təklif edə bilər. Dezire Due 2024-cü ildə “Renn”dən
PSJ-yə 50 milyon avroya keçib. Onun müqaviləsi 2029-cu ilin iyun
ayına qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda parislilərin
heyətində 23 oyunda iştirak edib, səkkiz qol vurub və beş məhsuldar
ötürmə edib.

Transfermarkt onun dəyərini 90 milyon avro qiymətləndirir. Due
2025-ci ildə “Globe Soccer Awards” tərəfindən “İlin Gənc Oyunçusu”
seçilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir